Matic: EPL çempionu olmaq istəyirəm
Matic: EPL çempionu olmaq istəyirəm

Manchester United`in oyunçusu Nemanja Matic gələcək karyerası və cari mövsümün çempionu Liverpool haqda maraqlı fikirlər səsləndirib.

ONBİR serbiyalı dayaq yarımmüdafiəçinin klubun rəsmi jurnalı olan Inside United`ə verdiyi müsahibəni təqdim edir:

Manchester United`lə Premyer Liqa tituluna sahib olmaq istəyirəm. Məncə, bu klub mütləq hər mövsüm çempionluq uğrunda mübarizə aparmalıdır. Bu klub üçün əlimizdən gələni etməliyik. Liqanın bitməsinə 7-10 matç qala hər hansı bir komandanın çempionluğunu elan etməsinə icazə verməməliyik. Liqanın son həftəsinə qədər mübarizə aparmalıyıq. Biz gənc komandayıq, amma bu heç vaxt bəhanə olmamalıdır. Növbəti mövsüm çempionluq yarışında olmalıyıq. Sona qədər mübarizə aparmalıyıq. Əminəm ki, bütün komanda yoldaşlarım mənimlə eyni cür düşünürlər”.