2015-ci ildə Karim Benzema`nıın cinsi şantajından sonra Fransa milli komandasına çağırılmayan Mathieu Valbuena, maraqlı açıqlamalar verib.

“Buna layiq deyildim, acı verici idi”

Fransa milli komandasına çağırılmamasını dəyərləndirən Valbuena, “Günahsız olmama baxmayaraq cəzalandırıldım. Buna layiq olduğumu düşünmürəm. Fransa üçün çox şey etdim. Didier, məni qorumaq üçün komandaya çağırmadığını dedi. Bu çox acı verici idi” – dedi.

“Ümidim var idi, amma…”

Valbuena müsahibəsini, “Lyon Fenerbahçe`də yaxşı performans göstərək milli komandaya geri dönmək ümidim var idi. Ancaq qısa bir zaman içində bunun imkansız olduğunu anladım. Bunu həzm etmək uzun zaman aldı” – deyərək davam etdirib.

“Fransa qazansa xoşbəxt olmazdım”

EURO 2016 heyətində yer almadığına görə, çox qəzəbləndiyini vuruğulayan fransız ulduz, “Günahsız olmama baxmayaraq komandada komandaya çağırılmamam acı verirdi. Fransa EURO 2016-nı qazansaydı, xoşbəxt olmazdım” – dedi.