Maschio: Tarixin ən yaxşı futbolçusu?
Maschio: Tarixin ən yaxşı futbolçusu?

Argentina futbolunun əfsanəvi fiqurlarından olan Humberto Maschio tarixin ən yaxşı futbolçusuna aydınlıq gətirib. ONBİR Marca saytına istinadən sabiq futbolçunun müsahibəsini sizlərə təqdim edir:

“Di Stefano, Pele, Maradona, Cruyff və.s kimi böyük futbolçuları yaxından izləmişəm, ancaq Messi tarixin ən yaxşısıdır. Onların hər biri ilə ya eyni komandada çıxış etmişəm, ya da onlara qarşı oynamışam, amma Messi həqiqətən tamam başqadır. Onun oyunlarını analiz edərkən görürsünüz ki, meydanda elə də çox qaçmır, amma bunu edərkən topla elə mükəmməl davranır ki… Bu, həqiqətən də inanılmazdır”.