ONBİR As saytına istinadən xəbər verir ki, Manchester United bu mövsüm Premier League`də 2 dəfə böyük hesablı qələbə qazanıb ki, onlardan biri də sonuncu oyunda 3-1 hesabıyla Norwich City`ə qarşı oldu. Fevral ayından bəri ilk dəfə olaraq liqanın səfər matçında qələbə qazanan Solskjaer bunu Martial`ın geri dönüşündən sonra əldə etdi. Anthony iki aya yaxındır bud nahiyəsindən əziyyət çəkdiyi üçün meydanlardan uzaq qalmışdı. Martial mövsümə çox əla başlamışdı. Chelsea üzərindəki 4-0 qələbə daxil olmaqla ilk 3 oyununda 3 qolun vurulmasında birbaşa iştirak etmişdi – 2 qol + 1 assist. Onun yenidən meydana geri dönüşü və Marcus Rashford`la bir-birlərini başa düşməsi Manchster United üçün uğursuz tilsimin qırılmasına gətirib çıxartdı.