İngiltərə milli komandası bu sezon fantastik oyunlarla Avro 2020`nin vəsiqəsini təmin edib. Gareth Southgate ola bilər ki müdafiə ikilisini seçməkdə hələ tam qərara gəlməyib, ola bilsin ki yarımmüdafiə formulasını da tam oturda bilməyib ancaq əgər mövzü hücum xəttidirsə burada olan geniş alternativlər ingilisləri çox sevindirir. Marcus Rashford cəmi 22 yaşında olmağına baxmayaraq həm klubu həm də millisi üçün ideal forvard olduğunu göstərir. O, Lukaku`nun gedişindən sonra tipik qanad oyunçusu olmasına baxmayaraq United`də bu mövsüm hücumda Martial`ın da yoxluğunda tək qol ümidi olmuşdu. Əlindən gələnin ən yaxşısını etməyə həmişə can atan Marcus, bu mövsüm komandasının da ən çox qol vuran oyunçusudur.

ONBİR, Mirror`a istinadən Marcus`un milli haqqında dediklərini təqdim edir :

“Hal-hazırda komandamıza baxanda,edə biləcəklərimizin fərqinə varmaq da qorxuducudur.”

“Əgər biz yaya tam hazır olsaq, indi oynadığımız kimi yolumuza davam etsək onda deməli bu turnir bizim üçün uğurlu olacaq.”

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.