Juventus`un kohnə futbolçusu Claudio Marchisio köhnə komanda yoldaşı və hal-hazırda Manchester United`də çıxış edən Paul Pogba haqqında maraqlı açıqlama verib. ONBİR Sports.ru`ya istinad edərək bəzi sitatları aşağıda qeyd edir:

“Mən ona dedim, MU`ya keçməklə səhv elədi. Əgər o, həqiqətən, dəyişiklik istəyirsə, gərək o, İspaniyanı seçsin. İşdir, Juventus`a qayıtsa, çox yaxşı olardı. O, burada öz köhnə formasına qayıdar, tozu toz üstünə qoymazdı.

O, Juventus`a çox şey verə bilər və kluba mərkəzdə belə bir oyunçu lazımdır. Pogba böyük professionaldır “.