ONBİR Marca saytına istinadən xəbər verir ki, Galatasaray`la matçın ilk hissəsində zədələnərək meydanı tərk edən braziliyalı müdafiəçi artıq komandayla birgə məşqlərə geri dönüb. O, böyük ehtimal noyabrın 25-i Real Sociedad`la matçda meydanda olacaq.

“Los Blancos”un heyətində artıq 2 aya yaxındır zədədən əziyyət çəkən Nacho da məşqlərə başlayıb. Həmçinin Eibar`la görüşün iştirak ərizəsində yer almayan Luka Jovic də məşqlərə qoşulub. Digər tərəfdən Kolumbiya millisinə yollanan James Rodriguez isə diz bağlarında yaranan narahatçılıq səbəbilə 3 həftə meydanlardan kənarda qalmalı olacaq.