Fransanın təcrübəli qapıcısı Mandanda, Türkiyə millisi ilə oynayacaqları oyun öncəsi bir sıra açıqlamalar verib.  ONBİR sporX`a istinadən Steve Mandanda`nın verdiyi müsahibəni sizə təqdim edir:

Türkiyə çox çətin bir rəqibdir, ancaq bu oyunda qələbə qazanmağımız şərtdir. Çox qarışıq bir oyun olacaq, çünki Stade de France`in yarısını türk azarkeşlerin dolduracağından adım kimi əminəm. Əlbəttə ki, rəqibimiz də qələbə qazanıb qrupu lider bitirmək istəyəcək. Nəzərə alsaq ki, səfərdə onlara qarşı çox çətin bir oyun keçirmişdik, indi artıq kimin daha güclü olduğunu göstərmək vaxtıdır.

Qeyd edək ki, Türkiyə və Fransa milliləri 14 Oktyabr – Bazar ertəsi günü, 81.000 tamaşaçı tutumuna sahib Stade de France stadionunda oynanılacaq.