ONBİR SportBild dərcinə istinadən xəbər verir ki, Bayern Munich’in hücumçusu Thomas Müller klubu tərk edə bilər.

30 yaşlı alman futbolçuyla Manchester UnitedInter yaxından maraqlanır və artıq qışda onu transfer etməyə çalışacaqlar. İtalyan klubu artıq yayda Bayern Munich’ə oyunçuyla bağlı müraciət etmişdi, qışda isə daha artıq səy göstərmək niyyətindədir.

Daha əvvəl xəbər verilirdi ki, Müller Bayern`də ehtiyyatda qalmasından narazıdır və buna görə də karyerasında yeni səhifə açmaq haqqında fikirləşir.

Deyilənə görə, klubun prezidenti Uli Hoenes’in Coutinho’un gəlişindən sonra Müller üçün “işlərin heç də asan olmayacağı” açıqlamasından sonra futbolçunun klubu tərk etməsi daha da real görsənir.

Xatırladaq ki, cari mövsümdə Muller Bundesligada 8 oyun keçirdib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.