İspan mətbuatından sızan məlumatlara əsasən Manchester United qış aylarında yarımmüdafiə xəttinə Barcelona`lı Ivan Rakitic`i transfer etmək niyyətindədir.
 Ivan Rakitic, bu mövsüm cəmi 1 oyunda əsas heyyətdə meydana çıxıb. 31 yaşlı təcrübəli yarımmüdafiəçi geri qalan 6 oyunda sadəcə 186 dəqiqə meydanda olub. Barcelona artıq Rakitic`i satmaq barədə düşünür. İspan mətbuatı həmçinin onun Yanvarda artıq Manchester United`ə keçəcəyini güman edir.
 
  ONBİR, Metro`ya istinadən bildirir ki, oyunçunun transferi üçün Barcelona tərəfi United`dən 34 milyon funt sterliq tələb edəcək.
  Qeyd edək ki, Antonio Conte`nin Inter`i də artıq Manchester United`ə bu transferdə rəqib olub. Onlar da Ivan Rakitic`in xidmətində maraqlıdırlar.

 Rakitic isə öz növbəsində bildirib ki, “Hazırda vəziyyət mənim üçün də ürəkaçıcı deyil,mən də əsas heyyətdə yerimi almaq niyyətindəyəm və bunun üçün sonuna qədər mübarizə aparacam.”

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.