Manchester CityManchester United dünən axşam saatlarında derbi səbəbi ilə qarşı-qarşıya gəldi. Manchester United oyunun ilk yarım saatında mükəmməl mübarizə apardı. Qapıya doğru endirilən zərbələr artıq “şəhərlilərin” müdafiəsində qırılmalar olduğunu göstərirdi. Marcus Rashford və Anthony Martial`ın vurduğu qollardan sonra “qırmızı şeytanlar” 0-2 hesabı ilə önə keçməyi bacardılar.

Bütün hadisələr isə ikinci hissədə cərəyan etməyə başladı. Manchester City hücumlarının kəsərini artırmağa başladıqca oyunda United müdafiəyə çəkilməli oldu. Künc zərbələrindən biri zamanı Fred künc bayrağına doğru irəliləyib topu yerə qoydu. Bu sırada azarkeşlər ona doğru alışqan və müxtəlif əşyalar atmağa başladı. Bu alışqanlardan bir neçəsi Fred`in başına xəsarət yetirdi. Azarkeşlərdən birinin isə görüntülər zamanı irqçi şüarlar səsləndirdiyi və meymun hərəkətlərini Fred`i qıcıqlandırmaq üçün etdiyi göründü. Bundan sonra sosial medyada azarkeşin görüntüsü yayıldı. Hətta həmin azarkeşin çalışdığı şirkəti belə azarkeşlər twitter`dən etiketləyərək həmin şəxsin işdən azad edilməsini tələb etdilər.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.