Türkiyə millisinin köhnə çalışdırıcısı Mircea Lucescu Galatasaray`ın baş məşqçisi Fatih Terimə şəfa diləyib. ONBİR NTVSport`a istinad edərək bu açıqlamanı sizə təqdim edir:

Hörmətli Fatih Terim öz müvəffəqiyyətləri ilə adını Türk futbol tarixinə həkk etdirmiş, UEFA kubokunu qazanmış mütəxəssisdir. O, koronavirusu məğlub edib yenidən komandanın başına keçəcək. Terim mübarizə aparmağı və qalib gəlməyi sevir.

Ona tezliklə şəfa diləyirəm. Onun bu xəstəliyi məğlub edəcək inancı və iradəsi var. Galatasaray`ın ona ehtiyacı var. Ümidvaram ki, tezliklə sağalacaq. Koronvirus kabusu bitəndən sonra gəlib Fatih Terimi ziyarət etmək istəyirəm.