Lovren gəldi, Ivanovic getdi
Lovren gəldi, Ivanovic getdi

Liverpool`dan Dejan Lovren`i heyətinə qatan Zenit`də ayrılıq yaşanıb.

ONBİR klubun rəsmi saytına istinadən xəbər verir ki, son Rusiya çempionunda kapitan Branislav Ivanovic`lə yollar ayrılıb. 36 yaşlı mərkəz müdafiəçinin müqaviləsi onun istəyilə yenilənməyib.

Qeyd edək ki, serbiyalı oyunçu 2016-cı ildə Chelsea`dən Zenit`ə keçib. O, burada keçirdiyi 4 mövsümdə 114 matça çıxıb və 12 qol vurub.