Süper Liqanın 11-ci turunda Denizlispor`u 1-0 məğlub edən Beşiktaş`da qapıcı Lorius Karius`un performansı azarkeşləri qane edə bilib.

Bu mövsüm 10 matçda forma geyinən alman qapıcı, qapısında 10 qol görüb. Karius liqada sadəcə bir matçı buraxıb və həmin matçda Beşiktaş 3-0 hesabı ilə Sivasspor`a məğlub olmuşdu. Qapıcı hazırda 1 qol ortalaması ilə oynayır.

Alman qapıcı keçən mövsüm sonunda isə bəzi tənqidlərə məruz qalmışdı. Oyunçu keçən il 29 qarşılaşmada forma geyinmişdi və qapısında 39 qol görmüşdü. Bu isə ortalama 1.34 qol edir. Loris Karius bu mövsüm 7, 8, və 9-cu turlardakı Alanyaspor, Galatasaray Ankaragücü matçlarında qapısında qol görməyib və ən uzun müddət ardıcıl qol buraxmamaq rekordunu təzələyib.