Liverpool`un Carabo Cup turnirində MK Dons ilə oyununda meydana çıxan 16 yaşlı gənc ulduzu Harvy Elliot İngiltərə Futbol Federasiyası tərəfindən 14 oyun cəza aldı.


Gənc oyunçu haqqında daha əvvəl komandanın baş məşqçisi Jurgen Klopp xoş sözlər söyləmişdi. Həmçinin gənc oyunçuya güvəndiyini və daha çox şans verəcəyini bildirmişdi. Ancaq 16 yaşlı gənc oyunçu Harry Kane`in danışıq tərzini ələ salaraq çəkdiyi videodan sonra ölkə gündəminə gəlib. Videoda gənc oyunçunun Harry Kane haqqında pis ifadə ilə yanaşı onun danışığını ələ saldığı görünür.

Xoş sözlər söyləmişdi. Həmçinin gənc oyunçuya güvəndiyini və daha çox şans verəcəyini bildirmişdi. Ancaq 16 yaşlı gənc oyunçu Harry Kane`in danışıq tərzini ələ salaraq çəkdiyi videodan sonra ölkə gündəminə gəlib. Videoda gənc oyunçunun Harry Kane haqqında pis ifadə ilə yanaşı onun danışığını ələ saldığı görünür. Video, oyunçunun şəxsi Snapchat profilində paylaşılmışdı. Oyunçu bu əməlinə görə üzr istəsə də, o federasiya tərəfindən 14 oyunluq cəzalandırılıb. Bu əməli ilə Harvy Elliot artıq meydana çıxmaq şansını bir neçə aylıq təxirə salmalı oldu.

Qeyd edək ki, gənc oyunçu Liverpool`un keçən turda Leicester üzərində qazandığı qələbə zamanı ehtiyyat oyunçular skamyasında idi.