Ötən il son turlarda çempionluq mübarizəsini Manchester City`ə uduzan Jurgen Klopp`un kollektivi bu mövsüm Premier League`ni qazanmağa əsas namizədlərdəndir.

Merseyside təmsilçiləri bu mövsüm meydana çıxdıqları altı oyunun hər birində qələbə qazanaraq hələki itkisiz irəliləyir.

ONBİR xəbər verir ki, ötən mövsümü də nəzərə alsaq Liverpool`un 15 oyunluq qələbə seriyası var və onları Premier League rekordçusu olmaqdan yalnız 4 oyun ayırır. Bu rekordun hazırki sahibi isə 2017-2018 mövsümündə 18 ardıcıl qələbə qazanan Manchester City`dir.

Xatırladaq ki, hal-hazırda davam edən qarşılaşmada Liverpool səfərdə Sheffield United`ə qarşı oynayır. Komanda növbəti üç oyununu isə müvafiq olaraq Leicester City, Manchester UnitedTottenham`a qarşı keçirdəcək.  

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.