Jurgen Klopp son günlərdə bir gün klubun postunnan ayrılacağı halda klubun əfsanəsi Steven Gerrard`ın onu əvəz edə biləcəyini qeyd etmişdi.

Liverpool fanatlarının Klopp`un bu açıqlamasına reaksiyası özünü gecikdirməyib.

ONBİR Mirror Football nəşrinə istinadən xəbər verir ki, azarkeşlər qapılarının hər zaman Gerrard`a açıq olduğunu desələr də, onun bu vəzifədə uğurlu olacağına şübhə ilə yanaşıblar. Onlar hal-hazırda klub əfsanələrini öz postuna gətirən və o qədərdə uğurlu çıxış etməyən Manchester UnitedChelsea`ni misal gətirərək bu fikirdə olduqlarını qeyd ediblər.

Onlardan biri qeyd edib: “Əgər Gerrard Klopp`un əvəzləyicisi olmaq istəyirsə Şotlandiya liqasından daha üstün bir liqada təcrübə qazanmalıdır”

Xatırladaq ki, Steven Gerrard hal hazırda Şotlandiya liqasında çıxış edən Glasgo Rangers`in baş məşqçisidir. Onun komandası turnir cədvəlinin ikinci yerində qərarlaşıb.