ONBİR Sky Sports`a istinadən xəbər verir ki, Inter`in argentinalı hücumçusu Lautaro Martinez Cagliari ilə matçda aldığı qırmızı vərəqəyə əlavə olaraq iki oyunluq diskvalifikasiya olunub.

Seria A`nın 21-ci turu çərçivəsində keçirilən matçın son dəqiqələrində Lautaro hava mübarizəsi nəticəsində yerə yıxılandan sonra hakimin cərimə zərbəsi təyin etməməsinə qəzəblənərək ona sərt şəkildə etiraz edib. Nəticədə 22 yaşlı futbolçu ilk öncə sarı, ardınca da qırmızı vərəqə alaraq meydandan qovulub. Seria A`nın intizam komitəsi oyunçunu idmana yaraşmayan davranışa görə iki oyunluq və 15 min avro məbləğində cəzalandırıb.

Beləliklə, Lautaro komandasına Udinese ilə 2 fevral və AC Milan ilə 9 fevral keçiriləcək matçlarda kömək edə bilməyəcək.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.