Barcelona`da prezidentliyə namizəd olan Joan Laporte prezidentlik etdiyi dövrdəki bir hadisəni danışıb.
ONBİR Iniestazo`ya danışan Laporte`nin açıqlamalarını təqdim edir:
“Ronaldinho və Rafa Marquez ilə bir oturmuşduq. Marquez`in agentlərindən biri bizə Cristiano Ronaldo`nu təklif etdi. Ronaldo o vaxt Sporting`də oynayırdı. Agent 19 milyon avro qarşılığında Manchester United ilə razılaşdıqlarını, amma oyunçunu 17 milyon avroya belə bizə sata biləcəklərini söylədi. O zamanlar Ronaldinho`ya investisiya qoymuşduq. Buna görə də maliyyə durumunu da nəzərə alaraq yeni təkliflərə qapalı idik və bunu rədd etdik. Peşman deyiləm”.