Leicester`in çalıştırıcısı Brendan Rodgers zamanında Adam Lallana`nı Southampton komandasından 25 milyon qarşılığında Liverpool`a transfer etmişdi. Oyunçunun bu keçidi 2014-cü ildə baş tutmuşdu. Həmin dövrdə Southampton klubunu bir sıra oyunçu tərk etmişdi. İngiltərəli forvard da bunlardan biri idi. Brendan Rodgers Liverpool`dan gedəndən sonra da Adam Lallana öz heyətdəki yerini qorumağı bacardı. O, Jurgen Klopp rəhbərliyi altında Çempiyonlar Liqası turnirində də qalib heyətin üzvü idi. Ancaq oyunçunun Merseyside günləri başa çatmaqdadır.

Adam Lallana`nın Liverpool ilə müqaviləsi bitmək üzərədir və klub onunla müqaviləni uzatmaqda maraqlı deyil. ONBİR nüfuzlu ingilis nəşri Mirror`a istinadən xəbər verir ki, Leicester klubunun baş məşqçisi Rodgers, Adam Lallana`nı heyətində görmək istəyir. Yaxın zamanda “Tülkülər” Lallana`ya müqavilə ilə təklif göndərəcək.