ONBİR Gazette dello Sport saytına istinadən xəbər verir ki, Juventus`un son iki matçında əvəzlənərək meydanı tərk edən Cristiano çox əsəbi şəkildə birbaşa paltardəyişmə otağına yollanıb. Baş məşqçi Milan üzərindəki qələbədən sonra Cristiano`nun kiçik zədəsinin olduğunu və buna görə matça sona qədər davam edə bilmədiyini söyləmişdi, amma onun bu sözlərinə baxmayaraq klubun idman direktoru və vitse-prezidenti milli komandaların oyunundan sonra futbolçuyla bir masa arxasında əyləşərək bu məsələyə aydınlıq gətirəcəklər.

Cristiano matçın sabahsı günü İnstaqramda “Çətin oyun, vacib qələbə” başlığıyla paylaşım etmişdi, amma bu paylaşım vəziyyəti ört-basdır etməkdən başqa bir şey deyil və komanda yoldaşları ondan bu hərəkətinə görə üzr tələb edir.

Fabio Capello da öz növbəsində bu vəziyyətə fikrini bildirib: “Məsələ budur ki, Cristiano ehtiyat hissədə əyləşmədi və Sarri`yə qarşı çox pis ifadə işlətdi. Son 3 ildə onun normal driblinq etdiyini görməmişəm və nəyə görə Dybala ilə Costa ehtiyat hissədə əyləşməlidilər? “