ONBİR Marca saytına istinadən xəbər verir ki, Barcelona`nın sabiq müdafiəçisi və Hollandiya`nın hazırkı məşqçisi Ronald Koeman`ın müqaviləsində 2020 Avropa Çempionatından sonra Barcelona`ya keçidinə problem yaratmayacaq bənd qeyd olunub.

Ernesto Valverde`nin talehi sual altında olarkən Koeman`ın adı Barcelona ilə yetərincə çox hallanırdı. Hollandiya Futbol Federasiyasının prezidenti Nico-Jan Hoogma da bunları təsdiq etdi:

“Bu qərar hər iki tərəfin razılığı ilə əldə olunub, amma belə bir şey baş verərsə, o zaman Barcelona buna görə pul ödəməlidir.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.