ONBİR Marca saytına istinadən xəbər verir ki, Kepa Arrizabalaga bu cür vacib matçlarda VAR-ın olmasının tərəfdarıdır, çünki ani səhv bir ölkəni turnirdən kənarda qoya bilər. Futbolçunun müsahibəsini sizlərə təqdim edirik:

“Əgər Avropa Çempionatında çıxış etmək üçün matça çıxırsansa, mütləq VAR-dan istifadə olunmalıdır. VAR olmadan da oynamağa öyrəşmişik, amma Rumıniya ilə oyunda Diego Llorente`nin heçnədən qırmızı vərəqə alması bizə çox təsir etmişdi. Əslində ümidimizi VAR-a bağlamalı deyilik, çünki bacardığımız qədər səhvsiz çıxış edərək rəqibə 2-ci bir şans verməməliyik.”