Roy Keane həmişə açıq sözlülüyü ilə diqqət çəkib. Manchester United`in keçmiş əfsanəsi və kapitanı olan Roy Keane komandanın hal-hazırda qol vurmaqda qarşılaşdığı çətinliklərdən danışarkən bildirib ki, Manchester United, Harry Kane`i transfer etməlidir. “Harry kimi oyunçular gözübağlı şəkildə mövsümdə 20 qol vurmağa qadir oyunçulardı. Gedin və onu transfer edin!”.

Ole Gunnar Solskjaer, bu mövzuda düşüncələrini jurnalistlərlə paylaşıb. O, bildirib kİ, Martial`ın  zədədən dönüşü Marcus Rashford`un da rahatlamasına səbəb olacaq və United daha yaxşı nəticələr əldə etməyə başlayacaq.

“Roy çox açıqsözlüdür, mən onu yaxşı başa düşürəm ancaq indi üçün bizim tək etməli olduğumuz hal-hazırda sahib olduğumuz oyunçuların xidmətindən tam yararlanmaq və onlara güvənməkdir”. – Ole Gunnar Solskjaer.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.