Türkiyə Super Liqasında Kayserispor Kasımpaşa arasında keçirilən matçdan öncə 4 oyunçu heyətdən kənarlaşdırılıb. Belə ki, rəhbərliyə maaşlarını almadıqları üçün təzyiq göstərən Adebayor, Djedje, Abdennour və Tavaras heyətdən bir müddətlik kənarlaşdırılıb.

Həftə içi keçirilən məşqlərə çıxmayan futbolçular rəhbərlik tərəfindən razı salınsalar da, adı çəkilən 4 oyunçu maaşlarının vaxtında verilməsi üçün təzyiq göstəriblər. Prezident Hamdi Elcuman verməyə pullarının olmadığını söylədikdə 4 oyunçu da Kasımpaşa ilə keçiriləcək olan qarşılaşmaya çıxmayacaqlarını bildiriblər və qarşılığında heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Kayserispor Kasımpaşa matçı 1-1 hesabı ilə başa çatıb.