Türkiyə Super Liqasının 10-cu həftəsində Fenerbahçe səfərdə Kayserispor ilə qarşılaşacaq. Oyun Kayseri Kadir Has stadionunda oynanılacaq və matçı Arda Kardeşler idarə edəcək.

Son 2 həftədə qələbə qazanan və lider Alanyaspor ilə xal fərqini 1-ə endirən Fenerbahçe vacib səfər oyununda 4 oyunçusundan yararlana bilməyəcək. ”Sarı-Lacivertliler”də xəstəliyi davam edən Harun Tekin ilə zədəli olan Nabil Dirar, Max Kruse və Adil Rami matçda forma geyinə bilməyəcək.

Bu matç iki komanda arasında oynanılacaq 47-ci oyun olacaq və əvvəli 46 oyun ərzində Fenerbahçe 28, Kayserispor isə sadəcə 8 qələbə qazana bilib. Fenerbahçe`nin 103 qoluna Kayserispor 48 qol ilə qarşılıq verib.

Ehtimal olunan 11-liklər:

Fenerbahçe: Altay, Hasan Ali, Serdar, Zanka, İsla, Gustavo, Ozan, Moses, Emre, Garry, Muriqi

Kayserispor: Lung, Lopes, Poulain, Rienstra, Yasir, Şamil, Hasan, Pedro, Mensah, Bilal, Umut.