Beşiktaş`ın qolkiperi Loris Karius klubla arasında olan anlaşılmazlıq səbəbilə müqaviləsini pozub, Liverpool`a qayıdır. ONBİR NTV Spor`a istinadən xəbər verir ki, 26 yaşlı alman qapıçı maaşını ala bilməməsi səbəbilə bu addımı atıb.

Beşiktaş`dan 1.6 milyon avro alacağı ilə bağlı FIFA`ya müraciət edən Karius, klub rəhbərliyinin ona təklif etdiyi ödəmə planını qəbul etməyib və müqaviləsini birtərəfli olaraq ləğv etmək imkanından yararlanıb.

Qeyd edək ki, Beşiktaş Karius`u 2018-ci ildə Liverpool`dan 2.5 milyon avro qarşılığında icarəyə götürmüşdü. Futbolçunun illik maaşı 1.5 milyon avro təşkil edirdi. Komandanın heyətində 67 oyuna çıxan Karius, qapısında 95 qol görmüşdü.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.