Juventus`un prezidenti Andrea Agnelli və Lazio`nun prezidenti Claudio Lotito İtaliyada koronavirus pandemiyası səbəbilə müvəqqəti təxirə salınan futbol mövsümünün aqibətini müzakirə etmək üçün təşkil olunan yığıncaqda mübahisə ediblər. Lotito`nun fikrincə cari mövsümü bitirmək mümkündü. ONBİR Tuttosport`a istinadən 62 yaşlı italyan iş adamının sözlərini sitat gətirir:

“Siz məlumatlardan xəbərdarsınız? Virus artıq azalır. Mən tək klub həkimləri ilə yox, birbaşa virusla məşqul olan mütəxəssislərlə ünsiyyətdə olduğum üçün bunları bilirəm.”

Agnelli isə cavab olaraq istehzalı zarafat edib:

“Əlbəttə, indi də siz peşəkar viroloq oldunuz.”

Xatırladaq ki, hal-hazırda Seria A`nın turnir cədvəlində 26 turdan sonra birinci yer 63 xal toplayan Juventus`a məxsusdur, ikinci yerdə isə 62 xalla Lazio qərarlaşır.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.