Juventus Manchester United`in yarımmüdafiəçisi Paul Pogba`nı heyətinə qata bilər.

ONBİR Tuttosport`a istinadən bildirir ki, fransız futbolçunun “Qoca Sinyora”ya geri qayıtması Paulo Dybala`nın klubla müqaviləsinin artırılması ilə bağlıdır. Belə ki, Pogba və Dybala yaxın dostdurlar və birliktə oynamaq istəyirlər. Buna görə də, Pogba`nın transferi Juventus`la Dybala arasında olan maaşla bağlı anlaşılmazlığı aradan götürə bilər. Argentinalı futbolçu üçün maaş və digər şəraitlərdən daha vacib komandakı həmkarlarıdır.

Qeyd edək ki, daha öncə italyan klubunun Dybala ilə müqaviləni artırmaq niyyətində olduğu xəbərləri yayılmışdı. 26 yaşlı futbolçu ildə 10 milyon avro qazanmaq istəyir.

Bu mövsüm Seria A`da 21 oyuna çıxan Dybala, 5 qol, 7 həlledici ötürmə ilə yadda qalıb.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.