Inter Leicester`in əlcəzairli hücumçusu Islam Slimani’lə maraqlanır.

ONBİR Sky Sports Italia`ya istinadən xəbər verir ki, Milan klubu 31 yaşlı forvardı, qış transfer pəncərəsi başa çatmamış, heyətinə qatmaq niyyətindədir. Oyunçu eyni zamanda Manchester United`in maraq dairəsində yer alır. Daha öncə yayılan xəbərlərə əsasən, ingilis klubunun rəhbərliyi Slimani`nin agentilə danışıqlar aparıb.

Bu mövsüm Slimani icarə əsasında Monako`da çıxış edir. Ligue 1`də keçirdiyi 11 matçda 7 qol və 7 həlledici ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, 2016-cı ilin yayında futbolçu 35 milyon avro qarşılığında Sporting`dən Leicester`ə transfer olunmuşdu.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.