Inter Barcelona`nın ulduzu Lionel Messi`ni transfer etməkdə israrlıdır. Bu barədə ONBİR Marca`ya istinadən xəbər verir. Xəbərdə bildirilir ki, “Nerazzuri” argentinalı forvardı 2021-ci ildə azad agent statusunda heyətinə cəlb qatmağa hazırlaşır. Klub rəhbərliyi 260 milyon dəyərində 4 illik müqavilə təklif etmək niyyətindədir. Vergiləri çıxmaq şərti ilə, Messi`nin illik məvacibi 50 milyon avro təşkil edə bilər, hansı ki Cristiano Ronaldo`nun Juventus`da qazandığından daha çoxdur.

Qeyd edək ki, Messi`nin Barcelona ilə hazırkı müqaviləsi 2021-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Katalon klubunun rəhbərliyi artıq bir neçə dəfə Leo ilə müqavilənin uzadılacağı ilə bağlı bəyanatlar verib.