Milan təmsilçiləri Tottenham`ın Danimarkalı yarımmüdafiəçisi Christian Eriksen`i yayda əldə etmək üçün hərəkətə keçib.

Eriksen və agenti oyunçunun bu mövsümün sonunda azad agentə çevriləcəyini nəzərə alaraq xarici klublarla danışıqlar aparır.

ONBİR Gazzetta dello Sport`a istinadən xəbər verir ki, Inter tərəfi ilə oyunçunun agentinin danışıqları artıq çox ciddi səviyyədədir. Inter ona 2024-cü ilədək keçərli olacaq bir müqavilə təklif edib. Eriksen danışıqların uğurla başa çatacağı halda İyulda Inter`in sıralarına qoşulmaq istəyir.

O cümlədən, Tottenham tərəfi oyunçununun yanvarda satılmasının tərəfdarıdır. Bu halda, onlar onun satışından 20-25 milyon avro gəlir əldə edə biləcəklər.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.