Bu gün Federasiya Kubokunda (FA CUP) 3-cü mərhələnin oyunları keçiriləcək.
ONBİR olaraq dünya futbolunun ilk rəsmi futbol turnirinin tarixi haqda biraz məlumat verək.
İngiltərə Federasiya Kuboku 1871-ci ildən keçirilməyə başlanılıb və 150 yaşını qeyd edir.
Turnirə ingilis klubları və bəzi Uels komandaları qatılır. Bunlarla yanaşı bir Şotlandiya klubu olan Queens Park 1884 və 1885-ci illərdə kubokun finalında oynamağa haqq qazanmışdır.
I və II Dünya müharibəsi ərəfəsində çempionat keçirilməsə də qalan bütün dövrlərdə oyunlar oynanılıb.
Federasiya Kubokunun ilk qalibi Wanderers FC`dir. 1872-1878-ci illər ərəfəsində turnirin 5 dəfə qalibi olan klub 1887-ci ildə fəaliyyətini dayandırıdır və 2009-cu ildə yenidən yaşıl meydanlara qayıdır. Klub hal-hazırda həvəskarlar liqasında çıxış edir. Bu klub haqqında bir əlavə yazı da yazmaq lazımdır.
Federasiya Kubokunu ən çox qazanan klub Arsenal`dır. “Topçular” sözügedən turnirin 14 dəfə qalibi olub. Elə son qalib də məhz London klubunun özüdür.

Turnirdə ən çox qalib olmuş klubların siyahısı:
Federasiya Kubokunda matçlar təkli sistemlə oynanılır. Əgər oyun bərabərə bitərsə, cavab matçı keçirilir. O oyunda da qalib gələn tərəf olmazsa, əlavə vaxt və penalti zərbələrindən istifadə olunur.
Yarımfinal və final matçları ölkənin ən məşhur stadionu Wembley`də oynanılır. Premier League və Championship klubları 3-cü mərhələdən turnirə qatılır.