Türkiyə Super liqasının 16-cı həftəsində Fenerbahçe öz evində Beşiktaş ilə qarşı-qarşıya gələcək. 2019-cu ilin son derbisi adını daşıyan oyunu təcrübəli hakim Cüneyt Çakır idarə edəcək. Matçın VAR hakimi isə Mete Kalkavan olacaq.

Fenerbahçe`də zədələri davam edən Hasan Ali, Victor Moses, Miha Zajc və Sadık Çiftpınar matçda oynaya bilməyəcək. Ötən tur Sivasspor ilə qarşılaşmada qırmızı kart alan və 2 matç cəzalandırılan Garry Rodrigues də matçı buraxmalı olacaq.

Qonaq komanda Beşiktaş`da isə zədələrini tam olaraq bərpa edən N’Koudou ilə Victor Ruiz şans veriləcəyi təqdirdə oyunda forma geyinə biləcək. Dorukhan və Douglas isə zədə səbəbilə 18 nəfərlik heyətə daxil edilməyib.

Ehtimal olunan start heyətləri:
Fenerbahçe: Altay, İsla, Serdar, Zanka, Dirar, Gustavo, Emre, Ozan, Kruse, Tolga, Muriqi.
Beşiktaş: Karius, Gökhan, Vida, Ruiz, Rebocho, Atiba, Elneny, Diaby, Ljacic, Caner, Burak.

Qeyd edək ki, bugünkü qarşılaşma iki komanda arasında indiyə qədər keçirilmiş 350-ci matç olacaq. Bu oyunların 132-də Fenerbahçe, 124-də isə Beşiktaş qələbə qazanıb.