Manchester United`in nigeriyalı hücumçusu Odion Ighalo icarə müddəti bitən kimi Shanghai Shenhua`ya dönməli olacaq. ONBİR Goal.com`a istinad edərək bu xəbəri sizə təqdim edir.

“Qırmızı Şeytanlar” 30 yaşlı nigeriyalı hücumçunun icarə müddətini bu Premier League mövsümü bitənə qədər uzatmaq niyyətində idi. Halbuki, Shanghai Shenhua komandası bu danışıqlara müsbət yanaşmayaraq Ighalo`nun 30 maydan sonra komandaya dönməsini tələb edib. Ighalo`nun öz seçimi də United`də qalmaqdan yana idi, çünki o, uşaqlıqdan “Qırmızı Şeytanlar”ın sadiq azarkeşidir.

Qeyd etmək lazımdır ki, Shanghai Shenhua Ighalo`nun Manchester United`ə müəyyən etdikləri qiymətdə satışında maraqlı idi, halbuki ingilislər bu təklifə isti yanaşmayıb. Ighalo koronavirusa qədər United üçün 3 oyunda 4 dəfə fərqlənməyi bacarmışdı.