ONBİR Marca saytına istinadən xəbər verir ki, bu həftə sosial şəbəkə vasitəsilə bütün diqqətləri yayındıraraq İspaniyaya gələcəyini söyləyən İbra əslində digər istiqamətə, yəni Milan`a keçəcək. “Rossoner”lər onu yenidən geri qaytarmaqda çox israrlıdırlar və futbolçuyla danışıqlar davam edir.

Hazırda açıq-aydın hər kəsə məlumdur ki, isveçli hücumçü Birləşmiş Ştatları tərk edəcək. İbrahimovic ona çox doğma olan Seria A-ya keçərək karyerasına burada davam etmək və hətta karyerasını burada sonlandırmaq istəyir. Juventus, Milanİnter`də çıxış edən İbra ümumi olaraq 294 oyun keçirib, 148 qol vurub və 61 assist edib.