Ibrahimovic ONBİR

Milan`ın forvardı Zlatan Ibrahimovic Inter`ə derbidə məğlubiyyətdən (2:4) sonra oyun haqqında fikirlərini paylaşıb. ONBİR Footbal Italia`ya istinadən bu müsahibəni təqdim edir:

“Nə baş verdiyini izah etmək çətindir. Fasilə zamanı biz özümüzə ilk 15 dəqiqənin həlledici olacağını dedik və bu 15 dəqiqə ərzində iki qol buraxdıq.

Biz oynamadıq, komanda inamını itirdi, təzyiq göstərmədi və yetərincə ötürmə etmədi. Hər şey rəqib hesabı bərabərləşdirəndən sonra dağıldı.

Düşünürəm ki, hər şey təcrübədən asılıdır. 2:0 hesabılə öndə olarkən, oyunu necə aparmaq lazım olduğunu bilmək lazımdır. Çox qəribədir, çünki birinci hissə ərzində biz ideal oyun göstərdik.

Mən Inter`dən daha artığını gözləyirdim, amma birinci hissədə onlar ikinci yerə layiq olduqlarını göstərə bilmədilər. Fasilədən sonra isə hər şey dəyişdi”.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.