Ibrahimovic ONBİR

Milan`ın forvardı Zlatan Ibrahimovic Sampdoria üzərində qələbədən (1:4) sonra müsahibəsində özü və komanda barəsində danışıb. ONBİR Sports.ru`ya istinadən 38 yaşlı futbolçunun sözlərini sitat gətirir:

“İnsanlar mənə qoca olduğumu, artıq yorulduğumu deyirlər, amma mən hələ təzə qızışıram. Benjamin Button (“Benjamin Buttonun müəmmalı hekayəsi” filmində Bred Pittin canlandırdığı qoca doğulub, ildən ilə cavanlaşan personaj) kimiyəm, sadəcə mən həmişə cavan olmuşam, qoca isə heç vaxt!

Düşünürəm ki, komandada rəqib qapısı qarşısında nə edilməli olduğuna aid düzgün münasibət var. Mən bilirəm ki, Serie A`da əgər əlinə qol vurmaq şansı düşübsə, bundan yararlanmalısan. Həlledici məqamlarda qəti olub qalib haqqında sualları aradan götürmək lazımdır.

Pioli haqda ancaq yaxşı sözlər deyə bilərəm. O, böyük işlər gördü. Stefano qabaqda onu nəyin gözlədiyini bilmədən, tənqid atəşi altında irəliləməyi bacardı. Buna görə də, onun müqaviləyə layiq olduğunu deyə bilərəm. Əgər sən bir məqsəd uğrunda dayanmadan işləyirsənsə, səylərinin nəticəsi hökmən olacaq. Oyunçular ona inanırlar, mən ona hörmət edirəm.

İndi biz komandanın bir sonrakı vəziyyəti barədə düşünməliyik”.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.