Pablo Alfaro Copa del Rey`də bu gecə Barcelona ilə qarşılacaq komandasının yüksək əhval-ruhiyyədə olduğunu qeyd edib.

Quique Setien`nin eks-komanda yoldaşı olan Pablo, Marca nəşrinə Barcelona`nın yeni baş məşqçisi, oyunun gedişatı və onları necə məğlub etməyə çalışacaqları haqda danışıb.

ONBİR müsahibəni sizlərə təqdim edir:

“İlk öncə onu düşünürəm ki, Barca ilə oynacağımıza görə çox xoşbəxtik. Bu püşkatma İbiza adasına hədiyyə oldu.

Dünyanı necə təəccübləndirəcəksiniz ?

Rəqibimizin çox güclü olduğunu bilirik. Həmçinin, onlar təzəcə məşqçilərini dəyişiblər, buna görə də, futbolçular özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Lakin bizim də öz silahlarımız var.

Meydanda yüksək ehtirasla mübarizə aparacayıq. Düşünürəm ki, meydançamızın süni ot örtüklü olması bizim işimizə yarayacaq.

Quiquie Setien ?

Racing`də oynayarkən o bizim kapitanımız idi. O zamanlar o artıq veteran idi. Onun  təcrübəsindən çox yararlanırdıq.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.