Son zamanlar Borussia Dortmund`un yeni transferi Erling Haland`ın Real Madrid`ə keçəcəyi xəbərləri yayılıb.

ONBİR AS qəzetinə istinadən xəbər verir ki, bu transferin 2022-ci ildən tez baş tutma ehtimalı yoxdur. Bu barədə Borussia rəhbərliyi futbolçunun agenti Mino Raiola ilə şifahi razılığa gəlib. Haland`ı transfer etmək üçün madridlilər alman klubuna 120 milyon avro təklif etməli olacaqlar, hansı ki, yaxın zamanlarda real görsənmir.

Qeyd edək ki, Haaland Borussia`ya 2019-cu ilin dekabr ayında Red Bull Salzburg`dan 20 milyon avro qarşılığında transfer olunub. 19 yaşlı forvard Bundesliga`da çıxdığı 9 oyunda 10 qol, 3 həlledici ötürmə ilə yadda qalıb.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.