Ajax`ın Mərakəş əsilli niderlandlı oyunçusu Hakim Ziyech futbol aləmində saxta insanların çox olduğunu və bu səbəbdən də çox az adama güvəndiyini qeyd edib.

26 yaşlı oyunçunun adı PSG, Bayern, ArsenalTottenham kimi klublarla tez-tez hallanır. O, sərgilədiyi oyunla Eredivisie`nin ən yaxşılarından olsa da, son zamanlar hadisələrə münasibətinə görə çox tənqid edilir.

Ziyech isə öz növbəsində ətrafdakıların nə düşündüyünün onu çox da maraqlandırmadığını qeyd edib.

ONBİR Hollandiyanın Algemeen Dagblad qəzetinə danışan mərakeşli oyunçunun sözlərini sizlərə təqdim edir:

“Mən insanları tanıya bilirəm, birinin saxta kimliyə sahib olduğunu başa düşdüyüm an həmin adamdan uzaqlaşıram.

Daxilimdə sanki insanları ayırd edə biləcək bir mexanizm var. Mən əgər bir nəfərə güvənirəmsə, yalnız o zaman həmin insanın mənim haqqında fikrini önəmsəyirəm.

Futbol ictimaiyyətində çoxlu saxta profillər mövcuddur. Mənimlə bir dəfə belə olsun şəxsən görüşməyən insanlar, mənim haqqımda fikir səsləndirir. Mən belələrini kloun adlandırıram.

Çox təəssüflər olsun ki, son zamanlar futbolda bu cür klounların sayı artmaqdadır. Sevdiyimiz idman növü artıq böyük bir kukla teatrını xatırladır.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.