Juventus’un müdafiəçisi Danilo komandanın baş məşqçisi Mauricio Sarri və Manchester City’in baş məşqçisi Pep Guardiola’nın ortaq cəhətlərindən danışıb.

ONBİR Globo Esporte`yə istinadən müsahibəni sizlərə təqdim edir:

“Sarri’nin müasir ideyaları var. O, yüksək müdafiyə xətti ilə oynamağı üstün tutur və bizdən topa sahib olmağımızı istəyir. Bu mənim üçün böyük bir dəyişiklik olmadı, buna görə də özümü rahat hiss edirəm. Sarri və Guardiola’nın çox oxşar cəhətləri var, əsas da onların taktikaya və hərəkətə ehtiyatla yanaşmaları bir birinə çox bənzəyir. Hər iki məşqçi mümkün ola biləcək hər bir halı proqnozlaşdırmaq üçün rəqibi yaxından öyrənirlər.

City’də hər şey avtomatlaşdırılmışdı, biz hər bir addım üzərində çalışırdıq. Sarri, öz növbəsində, daha çevikdi. O, oyunçuların özlərini individual olaraq göstərmələri üçün şərait yaradır. Hər bir halda, bu iki məşqçinin oyun modelləri çox oxşardır və buna öyrəşmək vaxt tələb edir. Guardiola’nın modelinə öyrəşmək məndən iki ilimi aldı.”

Xatırladaq ki, 28 yaşlı braziliyalı futbolçu 2017-2019 illərində Manchester City’də oynamış, 2019-cu ildə isə Juventus’a transfer olmuşdu.