Guardiola ONBİR

Manchester City`nin baş məşqçisi Pep Guardiola müsahibəsində Real Madrid`lə keçiriləcək Çempionlar Liqası 1/8 finalının cavab matçı haqqında danışıb. ONBİR AS`a istinadən bu müsahibəni təqdim edir:

“İlk matçda biz yaxşı nəticə əldə etdik. Əgər Man City bu nəticəyə arxalansa, mərhələ adlamaq çətin olacaq. Tam əminliklə bütün gücümüzü ortaya qoyduğumuzu deməyimiz üçün 95-ci dəqiqəyə qədər oynamaq lazımdır.

Düşünmək lazım deyil ki, bizim hal-hazırda üstünlüyümüz var. Biz belə üstünlüklər çox görmüşük. Böyük klublar istənilən vəziyyətdən çıxmağa qadirdirlər. Real Madrid Çempionlar Liqasına öyrəncəli komandadır və burada necə oynamaq lazım olduğunu yaxşı bilir”.

Qeyd edək ki, Manchester City – Real Madrid qarşıdurmasının cavab matçı 7 avqusta planlaşdırılıb.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.