Avropada yay transfer pəncərəsində böyük ümidlər ilə transfer edilən bəzi futbolçular gözləntilərin bir xeyli altında qalıb. Transferləri ilə Avropada çox danışılan, lakin performansları ilə bir eyni qədər tənqid edilən Eden Hazard, Luka Jovic, Eder Militao, Ferland Mendy, Nicolas Pepe, Malcom, Hirving Lozano, Moise Kean və Ryan Sessegnon kimi oyunçuların bəziləri heç start heyətdə belə oynaya bilmirlər. ONBİR goal.com`a istinadən bu oyunçuların bu mövsümki statistikalarını sizə təqdim edir:

Eden Hazard – Ötən mövsümü kubok qazanmadan tamamlayan Real Madrid bu yay transferlərə nə az, nə çox düz 308 milyon avro xərcləmişdi. Eden Hazard`ın transferi üçün isə 100 milyon avro ödəyən Kral komandası, 28 yaşlı futbolçunun performansından heç də razı deyil. Belçikalı oyunçu bu mövsüm oynadığı 11 matçda sadəcə 1 dəfə qol vura bilib. Hazard keçən mövsüm Chelsea forması ilə ilk 11 həftədə 8 qol vurmağı bacarmışdı.

Militao və Mendy – Müdafiə xəttində problemlər yaşayan Real Madrid Eder Militao`nu 50, Ferland Mendy`ni isə 48 milyon qarşılığında heyətinə cəlb etmişdi. Lakin bu mövsüm 16 rəsmi matç oynayan kral komandasının heyətində Militao 3, Mendy isə cəmi 5 dəfə start heyətində başlayıb.

Luka Jovic – Madrid klubunun bir digər transfer fiaskosu isə Frankfrut`dan 60 milyon avroya transfer etdiyi Luka Jovic olub. Jovic bu mövsüm 11 matça çıxıb və bunların sadəcə 3-də start heyətində olub. Luka Jovic sadəcə 1 qol vura bilib. Serbiyalı oyunçu Eintracht Frankfurt`da isə 48 matçda 27 qol vuraraq komandasının Avroliqada yarımfinala çıxmasında böyük rol oynamışdı.

Nicolas Pepe – Arsenal`ın klub transfer rekordunu qıraraq 80 milyon avro qarşılığında Lille`dən heyətinə cəlb etdiyi Nicolas Pepe isə Premyer Liqada çıxdığı 11 oyunda sadəcə 1 qol vura bilib. Avroliqada isə 4 oyuna 2 dəfə fərqlənən Pepe, ötən mövsüm Lille`də oynayarkən 41 rəsmi matçda 23 qol vura bilmişdi.

Hirving Lozano – Ötən mövsüm PSV forması ilə ilk 12 matçında 9 qol vura bilən meksikalı oyunçu, bu mövsüm 38 milyon qarşılığında Napoli`ye transfer oldu. Lakin Lozano Napoli forması ilə çıxdığı ilk 12 qarşılaşmada sadəcə 2 dəfə fərqlənə bilib.

Malcom – Rusiya klubu Zenit`in Barcelona`dan 40 milyon avro qarşılığında transfer etdiyi Malcom isə bu mövsüm zədə səbəbilə 17 qarşılaşmanı buraxmalı olub.  O sadəcə 62 dəqiqə meydanda ola bilib.

Ryan Sessegnon – Premyer Liqa klublarından Tottenham isə Ryan Sessegnon transferi üçün Fulham klubuna 27 milyon avro ödəmişdi. 19 yaşlı ingilis oyunçu yeni komandasında zədə səbəbilə 14 matçı buraxmalı olub və cəmi 15 dəqiqə meydanda olub.

Moise Kean – Everton gələcəyin ulduzları arasında göstərilən Moise Kean transferi üçün Juventus klubuna 28 milyon avro ödəmişdi. Lakin gənc oyunçu Everton ilə çıxdığı 11 matçda (4-ü start heyət) hələ ki qol vura bilməyib.