ONBİR Sky Sport saytına istinadən xəbər verir ki, Villarreal`ın əfsanəvi hücumçusu hesab olunan Giuseppe Rossi məhz Villarreal`la birgə yenidən məşqlərə başlayıb.

Keçən il Genoa`nı tərk etdikdən sonra klubsuz qalan futbolçu köhnə komandası Manchester United`in təlim məşq toplantılarında iştirak edirdi. 2007-13 aralığında Villarreal`ın heyətində 83 qol vuran Rossi, bu qolların 32-in məhz 2010-11 mövsümündə vurmuşdu. Villarreal tərəfi öz saytlarından rəsmi olaraq açıqlayıblar ki, futbolçu sabahdan etibarən klubla birgə məşqlərə başlayacaq.