Marco Giampaolo hal-hazırda Milan`ın “xoşbəxt olmadığını” etiraf edib. Lakin o qeyd edib ki, onlar artıq derbidə alınan məğlubiyyətin kədərini geridə qoyublar.

ONBİR Giampaolo`nun mətbuat konfransında dediyi sözləri sizlərlə bölüşür: “İnkişaf etməli olduğumuzun fərqindəyəm. Bu dəqiqə komandada heç kim xoşbəxt deyil. Daha güclü və daha inamlı olmaq üçün çalışırıq.” O əlavə edib: ”Milan`da vəziyyət Sampdoria`dakı ilə müqayisədə çox fərqlidir. Burada rəhbərlik və azarkeşlər sənnən ancaq qələbə gözləyir.”

O, həmçinin Piatek`in bu mövsüm uğursuz çıxışı ilə də bağlı öz rəyini bölüşüb: “Problemin Piatek`də olduğunu düşünmürəm. Daha çox hücüm edərək hücum fazamızı genişləndirmək uğrunda çalışmalıyıq.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.