Gattuso Fiorentina`ya qarşı öz meydanlarında aldıqları 2-0 hesablı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.

Napoli Gattuso`nun rəhbərliyi altında çıxdığı beş qarşılaşmada dörd məğlubiyyət alıb. Bu neapolluların 2000-ci ildən bəri ən pis göstəricisidir.

O cümlədən, Gattuso`nun aldığı yeganə qalibiyyət son dəqiqələrdə Sassuolo`ya qarşı alınmışdı. Ümumiyyətlə, onun rəhbərliyi altında komandanın performansı azarkeşlər tərəfindən ürəkaçan qarşılanmır.

ONBİR DAZN`ə danışan italiyalı mütəxəssisin sözlərini sizlərə təqdim edir:

“Biz ilk öncə azarkeşlərdən və bütün şəhərdən üzr istəyirik.

Əvvəlki oyunlarda biz baxımlı oyun sərgiləyirdik, bu gün isə ilk 20-25 dəqiqəni çıxmaq şərti ilə oyunumuz alınmadı, sanki daşa ilişmişdik. Üzərində işləməli olduğumuz məqamlar çoxdur.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.