Türkiyə Super Liqasının 5-ci həftəsində oynanılan Fenerbahçe Ankaragücü matçının 39-cu dəqiqəsində zədələnərək Emre Belözoğlu ilə əvəz edilən 28 yaşlı futbolçunun zədəsi ilə bağlı açıqlama verilib. Oyunçu zədə səbəbilə Galatasaray ilə keçiriləcək olan derbi matçını buraxmalı olacaq.  ONBİR, Fenerbahçe futbol klubunun paylaşdığı açıqlamanı sizlə bölüşür:

”Dünən keçirilən qarşılaşmada Garry`nin sol ayaq biləyində burxulma olub. Klub həkiminin müayinəsi nəticəsində məlum oldu ki, oyunçunun ayaq biləyində 2-ci dərəcəli zorlanma və bilək əzələlərində qismi degenerasiya aşkar edilib. Oyunçunun müalicəsinə başlanılıb.’’