Los-Angeles Galaxy`in baş məşqçisi Guillermo Barros Schelotto komandanı yenicə tərk etmiş hücumçu Zlatan Ibrahimovic`dən danışıb.

ONBİR müsahibəni sizlərlə bölüşür:

“Zlatan`ın hələlik dəqiq bir planı yoxdur.  Onun karyerasını hara davam etdirəcəyi mənə bəlli deyil. Düşünürəm ki, bu Napoli və ya Milan ola bilər. Zlatanın karyerasını İtaliyada başa vurmaq istəyi var və mən düşünürəm ki, o buna layiqdir.

O ki qaldı Ancelotti`ə, onlar biri-birilərini yaxşı tanıyırlar. Əminəm ki, Zlatan`da olan keyfiyyətlər Napoli`ə lazım ola bilər”.

Xatırladaq ki, İbrahimovic bu yaxınlarda Los-Angeles Galaxy klubunu tərk etdiyi haqqda rəsmi elan etdi. 38 yaşlı isveçli hücumçunun karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.