EURO 2020 seçmələri səbəbilə verilən milli fasiləni yaxşı dəyərləndirmək istəyən Galatasaray hazırlıq matçında TFF 1-ci liqa komandalarından Ümraniyespor ilə qarşılaşıb. Galatasaray`ın məşq bazası olan Florya Metin Oktay Tesisleri`də keçirilən qarşılaşmada ”Sarı-Qırmızılılar” 4-0 hesabı ilə qələbə qazanıb.

Galatasaray`da qələbəni qazandıran qolları 1-ci dəqiqədə Jimmy Durmaz, 47-ci dəqiqədə Selçuk İnan, 57-ci dəqiqədə Emre Mor və 84-cü dəqiqədə Adem Büyük vurub.

Qeyd edək ki, Galatasaray 22 noyabr, Cümə günü Medikal Başakşehir ilə liqada qarşılaşacaq.